Sentyabr 30, 2022
Qazaxıstan prezidenti

Qazaxıstan prezidenti ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib

 Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Panetta və Thomas Suozz rəhbərlik etdiyi ABŞ Konqresinin nümayənd heyətini qəbul edib.

Turaz.org xəbər verir ki, görüş zamanı Qazaxıstan-Amerika əlaqələrinin inkişaf istiqamətləri müzakirə edilib. Qazaxıstan-ABŞ Konqresinin İşçi Qrupu çərçivəsində parlamentlərarası əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib.
President Tokayev amerikalı qanunvericilərin səfərinin parlament diplomatiyası baxımından vacibliyini, həmcinin qarşılıqlı ticarət, iqtisadi və investesiya əməkdaşlığının dinamikasından məmnuniyyətini bildirib.
Dövlət başçısı Konqres nümayəndələrinə ölkədə aparılan genişmiqyaslı islahatlardan, xalqa müraciətinin əsas müddəalarından danışıb.
Öz növbəsində James Panetta və Thomas Suozz görüşmək imkanına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər və Qazaxıstanda genişmiqyaslı siyasi və iqtisadi transformasiyaların həyata keçirilməsində onun səylərini yüksək qiymətləndirdilər.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »