Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev bu gün Astana şəhərinin meri Jenis Qasımbəyi qəbul edərək ona şəhərin 2022-ci ildə sosial-iqtisadi inkişafı və cari il üçün planlar barədə məlumat verib.
Turaz.org xəbər verir ki, Prezidentin tapşırığına əsasən, Astana meriyası sosial əhəmiyyətli obyektlərin tikintisi, yaşayış massivlərinin abadlaşdırılması, tikintisi təxirə salınmış binaların tikintinin başa çatdırılması, özəl investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində fəal iş aparır. Jenis Qasımbəy “Rahat məktəb” milli layihəsinin icrası barədə dövlət başçısına məlumat verib. Bu il şəhərdə daha 100 min şagirdin təhsil alması üçün 25 yeni məktəbin tikintisinə başlanılacaq. 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan içməli su stansiyasının, istilik elektrik stansiyasının və qaz istilik stansiyalarının tikintisinin gedişi barədə Prezidentə məlumat verildi. Görüşün sonunda Qasım-Comərd Tokayev şəhərin sosial və mühəndis infrastrukturunun daha da inkişafı, abadlıq və yaşıllaşdırma ilə bağlı bir sıra tapşırıqlar verib.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/milli-meclisin-yaz-sessiyasinin-ilk-plenar-iclasinin-vaxti-melum-olub-2/
Son Xəbərlər
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı
Türkiyədə prezidentliyə müraciət prosesi başladı
Universitetin prorektoruna şiddətli töhmət verildi