Dekabr 5, 2022

Qazaxıstan Prezidenti: Ədalət ideyası Qazaxıstanın dövlət siyasətinin əsasını təşkil etməlidir. 

“Sosial ədalətin əsasını zamanın tələblərinə uyğun qanunlar və sistemli korrupsiyaya qarşı mübarizə, zəhmətkeş vətəndaşlar və gənclərin qabaqcıl biliklərə can atması təşkil edir. Dövlət bu konsepsiyanın həyata keçirilməsi üçün bütün lazımi şəraiti yaratmalıdır”, – deyə Tokayev bildirib.

 

 

Turaz.org xəbər verir ki, Prezident Tokayev bildirib ki, parlamentin qəbul etdiyi qanunlar qarışıq seçki sisteminə keçidi tənzimləyir. Belə ki, birmandatlı seçki dairələri üzrə Milli Məclisin və rayon məclislərinin deputatlarının bir hissəsi, rayon məclisinin bütün deputatları seçiləcək. Bundan əlavə, rayonların və rayon əhəmiyyətli şəhərlərin merlərinin seçilməsi tətbiq edilir. Qazaxıstan Prezidentinin də ifadə etdiyi kimi, konstitusiya islahatı ölkənin dövlət quruluşunun əsaslarını daha da gücləndirəcək, vətəndaş cəmiyyətinin inkişafına yol açacaq, qarşılıqlı anlaşma və milli dialoqu gücləndirəcək. Mərasim çərçivəsində dövlət başçısı altı qanun imzalayıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/qazaxistan-ozbekistan-serhedinde-49-bal-gucunde-zelzele-bas-verib/

Translate »