Fevral 3, 2023

Qazaxıstan rəhbəri və Fransa Senatının prezidenti ilə Parisdə görüşəcək

Fransaya rəsmi səfərin bir hissəsi kimi Prezident Qasım-Comərd Tokayev Fransa Senatının prezidenti Jerar Larşe ilə görüşəcək.

Turaz.org xəbər verir ki, Jerar Larşe Qazaxıstan liderini Senatın binasında qarşılayıb, sonra onlar Fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Görüş zamanı Qazaxıstan lideri Parisə səfəri zamanı əldə edilən sazişlərin hər iki ölkənin çoxtərəfli əməkdaşlığına yeni təkan verəcəyindən əminliyini bildirib.

Qasım-Comərd Tokayevin sözlərinə görə danışıqlar Fransa prezidenti Emmanuel Makronun Qazaxıstan-Fransa əməkdaşlığın strateji əhəmiyyətini təsdiq etdikdən sonra keçirilib. Ticarət- iqtisadi əməkdaşlığın inkişafı, enerji və nəqliyyat- logistika sahələrinə investesiyanın cəlb edilməsinə xüsusi diqqət edilib.

Dövlət başçısı iki ölkənin parlamentlərarası əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.. O, Fransa Senatının sözçüsünü Qazaxıstana səfər etməyə dəvət edib.

Jerar Larşe Qazaxıstanda keçirilən siyasi və iqtisadi islahatları yüksək qiymətləndirib. O, Qazaxıstan və Fransa arasındakı əməkdaşlığı inkişaf etdirmək üçün fəal qarşılıqlı əlaqə qurmağa hazır olduğunu bildirib

Görüş başa çatdıqdan sonra Qazaxıstan Prezidenti Fransa Senatının Fəxri qonaqlar kitabında öz şərhini yazıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/ceferov-ozbekistanla-serhed-sazisinin-tesdiq-edilmesi-haqqinda-qanun-imzalayib/

Translate »