Dekabr 5, 2022

Qazaxıstan Respublika gününü qeyd edir

Dövlət başçısı Qasım-Comərd Tokayev Qazaxıstan xalqını Respublika günü münasibətilə təbrik edib.

Turaz.org bildirir ki, president öz teleqramında Qazaxıstanın Dövlət Suverenliyi Bəyannaməsinin müqəddəs müstəqilliyə yol açdığını vurğulayıb. Bu səbəbdən bu bəyannamə tarixi məna daşıyır.
Dövlət bayramı kimi qəbul edilən Respublika günü ilin əvvəlinda Qazaxıstan üçün yeni bir yol kimi gözlənilirdi.
“Respublika günü xalqın ruhunu yüksəltməyə, dövlətçiliyimizi, birliyimizi və həmrəyliyimizi möhkəmləndirməyə çağıran parlaq bayramdır. Biz indi Qazaxıstanı qurmağa başladıq. Bu ali məqsəd Qazaxıstan xalqının fəal iştirakı ilə əldə edilə bilər. Bu səbəbdən bütün vətəndaşlar ölkənin əsas dayağı və ən böyük sərvətidir.” deyə teleqramında qeyd edir.
Sonda dövlətimizin başçısı hər kəsə cansağlığı və rifah arzuladı.

Müxbir:Aytac Cəfərova

Həmçinin bax: https://turaz.org/qirgizistan-ve-azerbaycan-arasinda-diplomatik-munasibetlerin-yaradilmasinin-30-cu-ildonumune-hesr-olunmus-tedbir-kecirilib/

Translate »