Fevral 3, 2023

Qazaxıstan səfiri etimadnaməsini Kral III Çarlza təqdim edib

Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyassov etimadnaməsini Kral III Çarlza təqdim edib.

 

Turaz.org bildirir ki, Bukingem sarayında keçirilən mərasimdə həmsöhbətlər ikitərəfli münasibətlərin vəziyyəti və perspektivlərini müzakirə ediblər.

 

Bununla yanaşı, tərəflər görüş zamanı yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və davamlı inkişaf məsələlərini də müzakirə ediblər. Kral III Çarlz ölkədə və regionda vəziyyətlə maraqlanıb və 1996-cı ildə Qazaxıstana səfərini xatırlayıb. Səfir də öz növbəsində Kral III Çarlzı Qazaxıstana səfərə dəvət edib. Bununla yanaşı, o, monarxa Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdinin Londona gözlənilən rəsmi səfəri barədə məlumat verib. Kral, Tileuberdinin qarşıdakı səfərinin Qazaxıstan və Böyük Britaniya arasında strateji tərəfdaşlığı daha da gücləndirəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, mərasim simvolik olaraq Qazaxıstan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə keçirilib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Gübay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/hindistan-fransadan-36-eded-rafale-qiricisi-alacaq/

Translate »