Oktyabr 3, 2022

Qazaxıstan Suriya ilə bağlı beynəlxalq iclasda iştirak edir

Turaz.org Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri Talqat Qaliyev 2021-ci il fevralın 16-17-də Rusiyanın Soçi şəhərində Suriya ilə bağlı 15-ci beynəlxalq görüşdə iştirak edib.

Qazaxıstanlı diplomat iclasda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Müzakirələr zamanı BMT Baş Katibinin Suriya üzrə Xüsusi Elçisi Qeir O. Pedersen və Rusiya Prezidentinin Suriya üzrə Xüsusi Nümayəndəsi Aleksandır Lavrentyev Astana prosesini yüksək qiymətləndirirlər və növbəti görüşün Nur-Sultan şəhərində baş tutacağına ümid etdiklərini söyləyiblər.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/cu-cayinda-iki-qirgiz-turku-mueyyn-edilib/

Həmçinin bax:https://kafkazh.com/obrazlarin-adlari/

Translate »