Noyabr 29, 2022
Ukraniya

Qazaxıstan Ukraynadakı səfirlikdə işləyən həmvətənlərini təxliyə edəcək

 

“Qazaxıstanın Ukraynadakı səfirliyinin əməkdaşları yaxın günlərdə təxliyə ediləcək”, – Qazaxıstan Xarici İşlər səfirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Turaz.org bildirir ki, bundan əvvəl Qazaxıstanın Ukraynadakı səfirliyi Qazaxıstan vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Xarici İşlər Nazirliyi hazırda neçə Qazaxıstan vətəndaşının Ukraynada qalması ilə bağlı məlumatları yoxlayır. “Səfirlik öz işini davam etdirir. Məsələ səfirliyin bağlanmasında deyil, səfirliyin əməkdaşlarının təxliyəsidir. Yaxın bir neçə gün ərzində bu məsələ öz həllini tapacaq”.

Translate »