Dekabr 5, 2022
Qırğızıstan Belarus

Qazaxıstan və Belarus prezidentlərinin görüşü olub

 

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev və Belarus lideri Aleksandr Lukaşenko Astanada keçirilən CICA-nın 6-cı Sammiti çərçivəsində görüş keçiriblər.

Turaz.org bildirir ki, görüş zamanı prezidentlər Qazaxıstan-Belarus çoxşaxəli əməkdaşlığının hazırkı vəziyyətini və daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər. Müzakirə zamanı ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin və sənaye kooperasiyasının aktivləşdirilməsinə xüsusi diqqət yetirilib. Qazaxıstan Prezidenti əminliklə bildirib ki, səmərəli çoxtərəfli əməkdaşlığı davam etdirmək üçün səy göstərəcək.

Lukaşenko öz növbəsində CICA Sammitinə dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirərək, CICA-nın daha da gücləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
“CICA-nın qlobal miqyasda inkişaf etdirilməsi çox yaxşıdır”, – deyə Belarus Prezidenti bildirib. Görüşdə həmçinin beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi aparılıb.

Translate »