Yanvar 26, 2022

Qazaxıstan və Rusiya prezidentlərinin görüşü olub

Qazaxstan dövlət başçısı Qasım Comərt Tokayev Rusiya lideri Vladimir Putinlə görüşüb.

Turaz.org xəbər verir ki, Kazinformun Akordanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Tokayev və Putin Qazaxıstan və Rusiyanın strateji tərəfdaşlığının aspektlərini müzakirə ediblər.

Hər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, təhsil, rəqəmsallaşma, enerji və digər sahələrdə daha çox qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd edilib.

“Çox vacib məqam təhsil sahəsində razılaşmadır. Rusiyanın aparıcı universitetlərinin filialları – məşhur MIPT, Bauman adına Moskva Dövlət Texniki Universitetində bizim mütəxəssislərimiz hazırlanmalıdır”, – deyə Tokayev bildirib. Öz növbəsində Putin Qazaxıstan prezidentini 2022-ci ilin əvvəlində Rusiyaya səfərə dəvət edib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/cenubi-koreya-ozbekistana-yanginsondurme-ve-tibbi-avadanliq-bagislayir
Həmçinin bax: kafkazh.com/afroturkler

Translate »