Mart 29, 2023

Qazaxıstan xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Qazaxıstan xarici işlər naziri ABŞ dövlət katibi ilə telefon danışığı aparıb.

Turaz.org xəbər verir ki, Amerika tərəfinin təşəbbüsü ilə Qazaxıstan Respublikası Baş nazirinin müavini – Xarici İşlər Naziri Muxtar Tleuberdi ilə ABŞ Dövlət Katibi Antoni Blinken arasında telefon danışığı olub.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən DİN “Kazinform” məlumat yayıb. Tərəflər strateji tərəfdaşlığın vəziyyətini və gələcək inkişaf perspektivlərini, aktual beynəlxalq problemləri və həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşıdakı hadisələri müzakirə ediblər
Müxbir: Aytac Cəfərova
Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/qazaxistanda-covid-19-sebebile-qirmizi-zona-azalmir/

Translate »