İyun 2, 2023

Qazaxıstan Xarici İşlər Nazirliyinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkılatı (ATƏT)/ Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun(DTİHB) Seçki Müşahidə Missiyasının bəyanatına rəsmi şərhi

Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, 20 noyabr 2022-ci ildə Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının İlkin Faktlar və Nəticələr Bəyanatı obyektivlikdən məhrumdur və respublikamızın bu günə kimi dəstəklədiyi DTİHB-nin mühüm müəssisə kimi effektivliyini şübhə altına alır.

 

 

Turaz.org xəbər verir ki, məlum olduğu kimi, DTİHB ATƏT-ə üzv dövlətlərə “insan hüquqlarına və əsas azadlıqlarına tam hörmətin təmin edilməsi, qanunun aliliyi əsasında fəaliyyət göstərməsi, demokratiya prinsiplərinin həyata keçirilməsi” üzrə fəaliyyətlərində kömək etmək mandatına malikdir (Helsinki Sənəd 1992).

Bununla belə, bəyanatda ATƏT/DTİHB-nin ölkəmizdəki daxili vəziyyətin inkişafını tanımaq istəmədiyini nümayiş etdirən bir sıra tipik qərəzli nəticələri var. ATƏT/DTİHB-nin müşahidə qrupunun və onun rəhbərliyinin fəaliyyətində Qazaxıstan Prezidentinin ölkəni transformasiyaya və mütərəqqi qanunun aliliyinə əsaslanan cəmiyyətə çevirməsinə yönəlmiş islahatlarına etimadsızlıq açıq-aydın görünürdü.

ATƏT/DTİHB Missiyasının əsassız və təsdiqlənməmiş iddialardan ibarət bəyanatı seçkiləri də izləmiş bütün mötəbər beynəlxalq təşkilatların missiyalarının gəldiyi nəticə ilə ziddiyyət təşkil edir ki, bu da onun qərəzli mahiyyətini bir daha göstərir. ATƏT/DTİHB-nin bəyanatının məzmunu Qazaxıstan hakimiyyəti ilə uzunmüddətli və konstruktiv əməkdaşlığı inkişaf etdirmək istəyinin olmadığını nümayiş etdirir və bu, şübhəsiz ki, nəzərə alınacaqdır.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: İlknur Yusifova

Həmçinin bax: https://turaz.org/aib-qirgizistana-mulki-aviasiya-mutexessislerinin-hazirlanmasina-komek-edecek/

Translate »