İyun 2, 2023

Qazaxıstan XİN rəhbəri ATƏT Nazirlər Şurasının iclası çərçivəsində ikitərəfli görüşlər keçirib 

ATƏT Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini – Xarici İşlər Naziri Muxtar Tileuberdi C5+1 formatında “Mərkəzi Asiya və Almaniya Federativ Respublikası” Nazirlər Görüşündə iştirak edib.

 

Turaz.org Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasın gündəliyinə Mərkəzi Asiyada regional əməkdaşlıq, Əfqanıstanda təhlükəsizlik, iqlim dəyişikliyinin region iqtisadiyyatına təsiri və s. məsələlər daxil edilib. Mərkəzi Asiya ölkələri ilə Avropanın əlaqəsinə, Avropa İttifaqının “Global Gateway” proqramının köməyi də daxil olmaqla, regionlararası ticarət və nəqliyyat infrastrukturunun inkişafında əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirilib.

 

Qazaxıstan Xarici İşlər Nazirliyi çıxışında vurğulamışdır ki, tranzit-nəqliyyat sahəsində əməkdaşlıq məsələsi dünyada son vaxtlar baş verən misli görünməmiş geosiyasi dəyişikliklər və təchizat zəncirlərinin pozulması fonunda xüsusilə aktual məsələyə çevirilib.

“Qazaxıstan Mərkəzi Asiya ilə Avropa, o cümlədən Almaniya arasında daha geniş əlaqə yaratmaqda maraqlıdır. Biz iştirakçıları Mərkəzi Asiyanın Dövlətlərarası Su və Enerji Konsorsiumunun yaradılması təşəbbüsünə qoşulmağa çağırırıq”, – deyə Tileuberdi bildirib.

 

Tərəflər alternativ marşrutların, xüsusən də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına yüksək səviyyədə maraqlı olduqlarını bir daha təsdiqləyiblər. Eyni zamanda, Tileuberdi Nazirlər Şurasının iclası çərçivəsində Avstriya, Böyük Britaniya, Kanada, Kipr, Norveç, Portuqaliya, Sloveniya, İsveç, Estoniya, Demokratik Təsisatlar Bürosu İnsan Hüquqları (DTİHB) və ATƏT Parlament Assambleyası nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

 

İkitərəfli danışıqlar zamanı gündəlikdəki prioritet məsələlər, o cümlədən bu ölkələr və təşkilatlarla siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/salam-air-aviasirketine-ozbekistana-ucuslar-ucun-icaze-verilib/

Translate »