Dekabr 9, 2022

Qazaxıstan XİN rəhbəri Tleuberdi: Qazaxıstan Aİ-yə onun genişmiqyaslı siyasi transformasiyalarına verdiyi dəstəyə görə minnətdardır

Qazaxıstan baş nazirinin müavini-xarici işlər naziri Muxtar Tleuberdi bu gün Qazaxıstanda səfərdə olan Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Xosep Borrel ilə görüşüb.

 

Turaz.org Muxtar Tleuberdinin Akordada keçirilən brifinqindəki çıxışını təqdim edir:

 

“Səfər mühüm siyasi hadisə olan və noyabrın 20-nə nəzərdə tutulan Qazaxıstan Prezidenti seçkiləri ərəfəsində baş tutur. Biz ölkəmizdə başlanmış genişmiqyaslı siyasi və sosial-iqtisadi dəyişikliklərə ardıcıl dəstəyə, habelə ədalətli Qazaxıstanın qurulması səylərimizlə bağlı avropalı tərəfdaşların müsbət rəyinə görə Avropa İttifaqına minnətdarıq.”

 

Nazir vurğulayıb ki, gələn il Qazaxıstanla Aİ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. “Biz etimada, qarşılıqlı hörmətə və ümumi prioritetlərə əsaslanan münasibətlərimizi yüksək qiymətləndiririk. Biz bu gün 29 qarşılıqlı fəaliyyət sahəsini əhatə edən Aİ-Qazaxıstan Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin səmərəli həyata keçirilməsində maraqlıyıq”, – deyə nazir çıxışı zamanı qeyd edib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişoyeva

Həmçinin bax: https://turaz.org/ozbekistan-ve-seudiyye-erebistani-energetika-sahesinde-emekdasligin-genislendirilmesini-muzakire-edib/

Translate »