Qazaxıstanda 2021-ci ildə yüzdə 2,8 nisbətində iqtisadi böyümə gözlənilir Qazaxıstanın milli iqtisadiyyat
naziri Ruslan Dalenov, 2021-ci ildə real iqtisadi artımın 2.8 faiz olduğu təxmin edildiyini söylədi.
Dalenov Nazirlər Şurasının iclasında ölkə iqtisadiyyatının 2021-2025-ci illər üçün qiymətləndirmələrini açıqladı.Göstərilən dövrlər üçün əsas, nikbin və pessimist kimi iqtisadi inkişafın
üç ssenarisinin olduğunu söyləyən Dalenov, “Əsas ssenaridə ümumi daxili məhsulun (ÜDM) 2021-ci ildə 2.8 faiz səviyyəsində böyüməsi gözlənilir,
2025-ci ildə bu rəqəmin 4.6 faiz olacağı bildirildi”.Dalenov, 2021-ci ildə ÜDM-in 76,7 trilyon tenga (təxminən 182 milyard dollar),
2025-ci ildə 104,8 trilyon tenga (təxminən 249 milyard dollar), neft hasilatının gələn il 86 milyon ton, 2025-ci ildə
isə 100, 7 milyon tona çatdırılacağını bildirdi.Orta illik artım tempinin kənd təsərrüfatında
6,2 faiz və ticarətdə 5.5 faiz olaraq qiymətləndirildiyini deyən Dalenov, ‘2021-ci ildə
41.4 milyard dollar olacağı gözlənilən mal ixracatının 2025-ci ildə 51.5 milyard dollara yüksələcəyini bildirdi.
37,8 milyard dollar olduğu təxmin edilən idxal 2025-ci ildə artacaq” ifadəsindən istifadə etdi.Nazir Dalenov,
2021-2023-cü il büdcəsində neftin bir barelinin qiymətinin makroiqtisadi göstəricilər nəzərə alınmaqla 35 dollar səviyyəsində təyin olunduğunu, büdcə gəlirlərinin qiymətləndirilməsinin
2021-ci ildə 10 trilyon 926 milyard tenga (təxminən 16.4 milyard dollar), 2022-ci ildə 8 trilyon 566 milyard tenqanın olacağını bildirdi
və (təxminən 20.4 milyard dollar) və 2023-cü ildə tenga 9 trilyon 217 milyard (təxminən 21.9 milyard dollar) olduğunu söylədi.
Orta hesabla ildə 89-90 milyon ton neft istehsal edən Qazaxıstanın büdcəsi neft ixracından əldə olunan gəlirdən ibarətdir.
Mənbə: trthaber.com
Müxbir:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova
Həmçinin bax:https://turaz.org/abs-ozbekistani-200-agciyer-ventilyatoru-ile-temin-edir/
https://turaz.org/qazaxistan-parlamenti-odalari-sentyabrin-1-i-cagiracaq/
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib