Yanvar 26, 2022

Qazaxıstanda 8,8 milyon insan koronavirusa qarşı peyvənd edilib

Kazinform-dan bizə verilən məlumata əsasən, Qazaxıstanın səhiyyə naziri Aleksey Tsoi hökumətin iclasında bu günə qədər artıq neçə vətəndaşın peyvənd olunduğunu bildirib.

Turaz.org xəbər verir ki, 8,8 milyondan çox insan, yəni müvafiq əhalinin 77,8%-i COVID-19 əleyhinə peyvəndin 1-ci dozasını qəbul edib, 8,3 milyon nəfərdən çoxu, yəni 72,9%-i hər jki peyvənd dövrünü tam başa vurub.

O vurğulayıb ki, ölkə əhalisinin 47,6%-i 1-ci, 43,8%-i isə hər iki vaksini alıb. Son 2 həftə ərzində koronavirusa yoluxanların sayı 31% azalıb.
Qazaxıstanda 980372 nəfərdə koronavirus testinin nəticəsi müsbət, 83437 nəfərdə isə mənfi olub. Xəstələrin 96%-dən çoxu sağalıb. O qeyd edib ki, yolxumada artım tempi avqust ayı ilə müqayisədə 1,2 dəfə azalaraq 0,89 təşkil edir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/s7-hava-yollari-volqoqraddan-ferqaneye-muntezem-reyslere-baslayir
Həmçinin bax: kafkazh.com/atillanin-sexsiyyeti

Translate »