Oktyabr 2, 2022
Qazaxıstanın baş naziri

Qazaxıstanda baş verən iri meşə yanğınlarının nəticələrinin aradan qaldırılması üzrə operativ iclas keçirib

 

Qazaxıstanın baş naziri Əlixan Smailov Kostanay vilayətində meşə yanğınları nəticəsində evlərini itirənlər üçün təcili olaraq yeni evlərin tikintisinə başlamaq barədə göstəriş verib.

Turaz.org xəbər verir ki,Qazaxıstanın baş naziri Əlixan Smailov Kostanay vilayətində baş vermiş iri meşə yanğınlarının nəticələrinin aradan qaldırılması üzrə operativ müşavirə keçirib.

Kostanay vilayətində 43 min hektar meşədə meşə yanğınları davam edir. 1841 nəfər təxliyə edilib. Yanğınlar nəticəsində 10 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Yanğınlar nəticəsində 108 bina dağılıb və zərər çəkib. Yanğınların söndürülməsinə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnika cəlb olunub. Alovla mübarizə üçün helikoptelərdən istifadə olunur.

Smaylov meşə yanğınları nəticəsində evlərini itirənlər üçün təcili olaraq yeni evlərin tikintisinə başlanılması barədə göstəriş verib. Daha əvvəl bildirilmişdi ki, Kostanay vilayətinin Auliyekol rayonunda meşə təsərrüfatlarının birində baş verən yanğın böyüyərək böyük meşə yanğınına çevrilib.

Tərcümə:Günay Xankişiyeva

Translate »