Oktyabr 28, 2021

Qazaxıstanda COVID-19-un “Eta” ştamı aşkarlanıb

Qazaxıstanda COVID-19-un “Eta” ştamı (“Nigeriya” ştamı) aşkarlanıb.

Turaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Soy məlumat verib.

O bildirib ki, yeni ştamın klinik əlamətləri “Alpha” və “Beta” ştamlarının əlamətləri ilə eynidir. Belə ki, “Eta” ştamına yoluxanlarda da yüksək temperatur, öskürək, iybilmə və dadbilmə qabiliyyətinin itirilməsi, xəstəliyin ağır keçməsi kimi hallar müşahidə olunur.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:https://turaz.org/qazaxistanda-bas-veren-atismada-5-nefer-olub

Translate »