May 23, 2022

Qazaxıstanda etiraz aksiyaları toqquşmalarla nəticələnib, ölkə rəhbəri xalqa müraciət edib

Qazaxıtanın Almatı şəhərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib.

Turaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhərin mərkəzi meydanında etirazçılarla polis arasında toqquşmalar yaranaıb, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Bir neçə etirazçının saxlanıldığı bildirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı sakinləri tədbirli olmağa, daxili və xarici təxribatlara uymamağa çağırıb.

Müxbir: Əzizə Əlizadə

Translate »