Dekabr 9, 2022

Qazaxıstanda növbədənkənar prezident seçkiləri üçün 43 beynəlxalq müşahidəçi akkreditə edilib 

Mərkəzi Seçki Komissiyası Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərində dörd beynəlxalq təşkilatı və bir xarici ölkəni təmsil edəcək 43 beynəlxalq müşahidəçidən ibarət ilk qrupunu akkreditə edib.

 

Turaz.org bildirir ki, MSK katibi Muxtar Yermanın sözlərinə görə, akkreditə olunan şəxslər arasında MDB-nin Müşahidəçilər Missiyasından altı nəfər, MDB Parlamentlərarası Assambleyasından 17 nəfər, ATƏT/DTİHB-dən 13 nəfər, Türkdilli Dövlətlər Təşkilatının Beynəlxalq Müşahidə Missiyasından beş nəfər və Gürcüstandan iki müşahidəçi var. Beynəlxalq Müşahidə Təşkilatı MSK tərəfindən 22 sentyabr 2022-ci ildə yaradılıb. Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2022-ci il noyabrın 20-də keçiriləcək.

Müxbir: Aytac Cəfərov

Həmçinin bax: https://turaz.org/qirgizistan-proqramcilari-yaponiyada-investorlarla-gorusecek/

Translate »