Mart 29, 2023

Qazaxıstanda yeni koronavirusa yoluxma hallarının sayı 11500-ü ötüb

Son 24 saat ərzində Qazaxıstanda ümumilikdə 11524 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb ki, bu da ötən günlə müqayisədə 857 nəfər azalıb.

Turaz.org xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda yenə ən çox(4639 nəfər) yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. İkinci yerdə gündə 1578 yeni yoluxma ilə Almatı şəhəri qərarlaşıb. Qaraqanda bölgəsi 1356 yeni COVID-19 faktı ilə üçüncü ən yüksək göstəricidir.

Atırau vilayətində 596, Almatı vilayətində 410, Akmola vilayətində 400, Pavlodar vilayətində 345, Çimkənt şəhərində 343, Aktobe vilayətində 285, Qızılorda vilayətində 270, Cambıl vilayətində 220, Qərbi Qazaxıstan vilayətində 214, Kostanay vilayətində 213, Şərqi Qazaxıstan vilayətində 213, Manqistau vilayətində 172, Türküstan vilayətində 125, Şimali Qazaxıstan vilayətində 101nəfərdə COVID-19 aşkarlanıb.

Qlobal pandemiyanın başlanğıcından bəri Qazaxıstanda 1061432 COVID-19 hadisəsi qeydə alınıb.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/cinin-ehalisi-2021-ci-ilden-artmaga-davam-edir
Həmçinin bax: kafkazh.com/psixi-saglamliq

Translate »