Yanvar 26, 2022

Qazaxıstanın baş naziri COVID-19-a qarşı revaksinasiya tempini sürətləndirməyi tapşırıb

Kazinform-dan bizə verilən məlumata görə, Qazaxıstanın baş naziri Əsgər Mamin ölkədə COVID-19-a qarşı peyvənd və revaksinasiya işlərinin sürətləndirilməsi barədə göstəriş verib.

Turaz.org xəbər verir ki, “Gündəlik COVID-19 hallarında artım olmadığı üçün epidemioloji vəziyyət sabitdir. Xəstəxanaların yoluxma üzrə doluluq səviyyəsi 23%, reanimasiya şöbələrində isə 20% təşkil edir”, – deyə Mamin bildirib.

O, daha sonra qeyd edib ki, ölkənin altı ərazisi “sarı zona”, 11-i isə “yaşıl zona”dadır. “Ümumilikdə 8,8 milyon insan birinci doza ilə peyvənd olunub və ya yetkin əhalinin demək olar ki, 78%-i peyvənd olunub. İkinci doza 8,3 milyon nəfərdən çox insana və ya əhalinin təxminən 70%-nə vurulub. Maska taxma rejiminə riayət etmək, sosial məsafə saxlamaq, peyvənd və revaksinasiya tempini sürətləndirmək vacibdir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qazaxistanda-88-milyon-insan-koronavirusa-qarsi-peyvend-edilib
Həmçinin bax: kafkazh.com/ozbek-saire-zumred-meserifovanin-seirleri

Translate »