Noyabr 28, 2021

Qazaxıstanın baş naziri: “Koronavirusa qarşı peyvənd sürətinin sürətləndirilməsi vacibdir”

Kazinformdan verilən məlumata görə, Qazaxıstanın baş naziri Əsgər Mamin ölkənin, xüsusən də transsərhəd bölgələrdə epidemioloji vəziyyəti daim nəzarətdə saxlamağı tapşırıb.

Turaz.org xəbər verir ki, hökumətin bugünkü iclasında baş nazir qeyd edib ki, ölkədə sağlamlıq vəziyyəti ümumən stabildir. Hazırda infeksion çarpayıların 30%-i, reanimasiya şöbəsində çarpayıların 25%-i doludur. Yalnız 2 region yüksək COVID-19 riski olan “qırmızı zonada”, 4-ü “sarı zonada” və 11-i isə “yaşıl zonada” qalır.

Mamin, koronavirusun yayılmasının qarşısını almağın vacib yolu olduğu üçün peyvənd nisbətlərini sürətləndirməyi tapşırıb. O xatırladıb ki, 8,7 milyon nəfər, yəni yetkin əhalinin 76 faizi ilk koronavirus peyvəndini qəbul edib, 8 milyon nəfər və ya əhalinin 70 faizi peyvəndləmə dövrünü tam başa vurub. Noyabrın 22-də ölkədə koronavirusa qarşı revaksinasiyaya başlanılıb.

Baş nazir qeyd edib ki, regionlarda kifayət qədər peyvənd var. O, həmçinin qubernatorlara peyvənd, peyvəndin daşınması və saxlanma şəraiti ilə bağlı bütün məsələlərə nəzarət etməyi tapşırıb.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/tebii-felaketler-ozbekistana-her-il-texminen-3-milyard-dollar-ziyan-vurur
Həmçinin bax: kafkazh.com/essar-tebrizinin-heyat-ve-yaradiciligi

Translate »