Dekabr 9, 2022

Qazaxıstanın dövlət başçısı Türkiyə Prezidentinə başsağlığı məktubu ünvanlayıb 

Prezident Qasım-Comərd Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda törədilən terror aktı nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlər ilə bağlı başsağlığı məktubu göndərib.

 

Turaz.org Prezidentin məktəbunu təqdim edir:

 

“Bu çətin anlarda yaşadığınız böyük itkinin acısını bölüşərək, Qazaxıstan xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. ”

 

 

13 noyabr 2022-ci il tarixində İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Qazaxıstanın İstanbuldakı Baş Konsulluğu partlayış nəticəsində ölənlər arasında Qazaxıstan vətəndaşlarının olub-olmadığını araşdırmaq məqsədilə Türkiyənin yerli hakimiyyət orqanları və şəhər meriyası ilə müntəzəm əlaqə saxlayır. Baş Konsulluq hal-hazırda Türkiyədə olan qazaxıstanlılara xüsusilə insanların sıx olduğu yerlərdə son dərəcə diqqətli olmalarını tövsiyə edir.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/mirziyoyev-tdt-de-temel-islahatlarin-aparilmasini-teklif-edir/

Translate »