Qəbələdə heç-heçə qeydə alındı
Futbol üzrə Azərbaycan çempionatında ilk tur başa çatıb. Qəbələdə keçirilən oyunda yerli komanda ilə “Zirə” kollektivi görüşüb. Rəşad Sadıqovun baş məşqçi kimi premyer liqada debüt etdiyi Qarşılaşmada erkən qol vurulub. 3-cü dəqiqədə Asif Məmmədov hesabı açıb. Ancaq qonaqlar fasiləyə kimi hesabda tarazlıq yaradıblar. 28-ci dəqiqədə Ağabala Ramazanov çətinliklə də olsa, topu qapıya vurmağa müvəffəq olub. İlk hissə 1:1 hesabilə başa çatıb. Fasilədən sonra hesab dəyişməyib. Yadda qalan son hadisə 2-ci hissəyə artırılan ilk dəqiqəyə təsadüf edib. “Zirə”nin heyətində Hacıağa Hacılı 2-ci dəfə sarı vərəqəylə cəzalanaraq meydandan çıxarılıb.
Beləliklə “Qəbələ” – “Zirə” görüşü 1:1 hesabilə yekunlaşıb. İlk turu qələbəylə başa vuran “Qarabağ”, “Neftçi” və “Keşlə” komandaları hazırda yarış cədvəlində ilk 3-lükdədilər.
Mənbə:idmantv.az
Müxbir:Aytac Cəfərova
Həmçinin bax:https://turaz.org/braziliya-prezidenti-bolsonarodan-korrupsiya-suali-veren-jurnaliste-uzunu-yirtacagam/
Son Xəbərlər
Azərbaycan Türkiyədə zərərçəkənlər üçün 2 min çarpayı ayırdı
Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib
Suriyadakı son vəziyyət