Oktyabr 3, 2022

Qərbi Azərbaycan İcması Gənclər Birliyi Yaratdı

Qərbi Azərbaycan İcması Gənclər Birliyi gənclərin inkişafı və tarixi həqiqətləri dünyaya çatdırmaq naminə fəaliyyətinə start verdi.

Namiq Muradov Qərbi Azərbaycan İcması İdarə Heyətnini iclasında Gənclər Birliyinin sədri, Sabir Rüstəmov isə sədr müavini seçiliblər. Gənclər Birliyinin əsas vəzifəsi Qərbi Azərbaycan İcmasının fəaliyyətinə uyğun olaraq, gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, Qərbi Azərbaycan və eləcə də Qarabağ həqiqətlərinin öyrənilməsi və dünyaya çatdırılmasıdır.
Birliyin sədri Namiq Muradov media nümayəndələrinə bildirib ki, qarşıda uzun və ağır zəhmət tələb edən yol durmasına baxmayaraq, bu, müqəddəs yol olduğu üçün şərəflə xidmət edəcəklər. Qərbi Azərbaycan İcmasının tövsiyəsinə uyğun olaraq, Birliyin İdarə Heyətinin tərkibi artıq formalaşıb. “Bir neçə layihələrimiz var. Üzərində mütəmadi işləyirik. Layihələr Qarabağ və Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı, gənclərin inkişafı, maariflənməsi istiqamətinə yönəldilib. Tarixi həqiqətləri dünyaya çatdırmaq bizim əsas qayəmizdir. Qərbi Azərbaycan torpaqları qədimdən Azərbaycana məxsus olduğu halda, təcavüzkar düşmən tarixin müxtəlif dövrlərində əsassız torpaq iddiaları və bölgədə marağı olan dövlətlərin dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində xalqımıza qarşı soyqırımları həyata keçirib, əhalinin deportasiyasına, ərazilərimizin işğalına nail olub. Nəticədə minlərlə soydaşımız müxtəlif dövlərdə öz ata-baba yurdlarından didərgin düşüb. Biz bütün bunlarla bağlı bütün həqiqətləri dünyaya çatdırmaq əzmindəyik, – deyə Qərbi Azərbaycan İcması Gənclər Birliyinin sədri Namiq Muradov bildirib. O, Qərbi Azərbaycan naminə mübarizə aparmağa hazır olan bütün gəncləri Qərbi Azərbaycan İcması Gənclər Birliyinin sıralarına dəvət edib.
https://turaz.org/ saytı olaraq qruma və Namiq Muradova uğurlar arzu edirik.

Həmçin bax: https://tehsilim.org/telebelerin-kocurulmesi-ile-bagli-sened-qebulu-basa-catib/
Həmçin bax: https://kafkazh.com/deyerli-insanlar-silsilesinden/

Translate »