SSRİ-nin süqutundan sonra Ukrayna müstəqilliyini qazansa da qurulan hökümətlərdə daim Rusiyanın təsiri açıq-aşkar sezilirdi. Ukrayna həm Qərb, həm də Rusiya üçün çox mühim bir regiondur. Bəzən açıq bəyanatlarla, bəzən də üstü örtülü açıqlamalarla Qərb və Rusiya bu coğrafiyada rəqib olduqlarını gizlətmirdilər.
2013-cü ildə o zamankı prezident Rusiya yönümlü Viktor Yanukoviç Avropa Birliyi ilə Vilnüsdə assosiativ üzvlük və azad ticarət zonası barədə müqaviləni imzalacağına söz versə də vədini yerinə yetirmədi və beləliklə buna etiraz olaraq Kiyevdə meydan hərəkatı başladı. Noyabrın 21-də başlayan aksiyalar etirazçıların tam qələbəsi ilə sona çatdı.
Ukraynanı itirdiyini anlayan Rusiya isə ilk öncə fevral ayında Krımı, daha sonra isə Donetsk və Luqanskı işğal etdi. Bu regionların Rusiya tərəfindən işğal edilməsi Qərb tərəfindən ciddi etirazla qarşılandı və Rusiyaya qarşı sanksiyalar tətbiq edildi.
Ukrayna Rusiya böhranı son günlərdə ən yüksək həddə çatıb. Ukraynanın NATO-ya üzv olmaq istəməsi Rusiyanı olduqca narahat edir və açıq şəkildə sərhəddə canlı qüvvə və texnika toplayaraq Ukraynaya gövdə göstərişi edir.
Bəs Qərbin Ukraynanı ciddi şəkildə müdafiə etməsi və Rusiyaya qarşı sərt bəyanatlar səsləndirməsin səbəbi nədir? Siyasi yoxsa iqtisadi maraqlar?
1. Siyasi səbəblər: Ukrayna Qərb üçün Rusiyaya qarşı önəmli bir tərəfdaş və silahdır. Ukrayna həmçinin Qərbə qarşı Rusiya üçün də mühim bir coğrafiyadır. Ukraynanı SSRİ-nin açarı adlandıra bilərik. Belarusda baş verən iğtişaşlardan məharətlə istifadə edən Rusiya öncə Belarusu özündən asılı hala saldı, daha sonra Qazaxıstana müdaxilə etdi və bununla birlikdə Ukrayna sərhədinə çox sayda texnika və canlı qüvvə topladı. Rusiyanın Ukraynanı işğal etməsi yenidən SSRİ-nin qurulması anlamına gəlir. Qərb isə bu ehtimala qarşı hər yolla qarşı çıxmağa çalışır.
Rusiyanın Ukraynanı hərbi yolla işğal etməsi real deyil. Çünki bu cəhd həm 3-cü dünya müharibəsinə səbəb ola bilər, həm də iqtisadiyyatı getdikcə çökən Rusiyanı tamamilə uçuruma apara bilər. Həm Rusiya, həm də Qərb bunu çox gözəl başa düşdüyündən müharibə ehtimalı elə də inandırıcı deyil. Buna görə də Rusiya işğalı başqa yollarla həyata keçirməyə çalışacaq. İngiltərə kəşfiyyatı və Xarici İşlər naziri Liz Truss Rusiyanın hökümət çevrilişi ilə Ukraynanı ələ keçirmək üçün çalışdığını və qurulacaq kukla hökümət üçün namziərdlərinin belə olduğunu bəyan bildirmişdi. İngiltərə kəşfiyyatı əlində böyük imkanları və müstəqil media qurumu olan Yevgen Murayevin Rusiyanın ən böyük namizərdi olduğunu açıqlamışdı.
Rusiya da Ukrayna ilə müharibə etmək niyyətində olmadığını və saxta xəbərlərlə NATO-nun Rusiyaya qarşı antipatiya yaratdığını açıqlamışdı. Ukraynada yaşayan Rusiya yönümlü bir çox keçmiş hərbi və mülki vəzifəli şəxslər də Kreml sözcüsü Peskovun açıqlamalarına bənzər bəyanatlar yaymışdılar.
2. İqtisadi səbəblər: Ukrayna yeraltı sərvətlərlə odluqca zəngin coğrafiyada yerləşir. Təsadüfi deyil ki, Ukraynanı keçmiş SSRİ-nin metallurgiya mərkəzi adlandırırdılar. Dünyada kömür ehtiyyatlarının 5%-i məhz Ukraynada ərazisində yerləşir. Ukrayna həmçinin mineral sərvətlərlə də zəngindir. İndiyə qədər Ukraynada sənaye önəmi daşıyan 7807 mədən kəşf edilib.
Qeyd etdiyimiz kimi Ukrayna kömürlə zəngindir. Belə ki, ölkə ərazisində indiyə kimi kəşf edilən kömür rezervlərinin miqdarı 117 milyard tondur və bu rezervlər Ukraynanın 200-500 il sənaye və enerji ehtiyacını ödəyəcək qədərdir. Maraqlısı budur ki, kömür rezervlərinin 92,4 %-i Dombas vilayətində yerləşir.
Ukraynanın həmçinin neft və təbii qaz ehtiyatları da var ki, bu ehtiyatların böyük qismi Rusiya tərəfindən işğal edilən Krım yarımadasında və Dombasda yerləşir.
Ukrayna həmçinin dəmir filizi rezrevləri ilə də zəngindir. Ölkə ərazisində 27.4 milyard ton dəmir filizi rezervləri kəşf edilib. Ukraynada bundan başqa, uran, maqnezium, qrafit və s. təbii ehtiyatlar da kəşf edilib.
Ukrayna buna görə də iqtisadi baxımdan hər iki tərəf üçün də olduqca əhəmiyyətlidir. Qərb Ukraynanı dəstəkləyərək Rusiyanın enerji asılılığından çıxmağı planlayır. Rusiya tərəfindən işğal edilən bölgələrin kömür, neft, təbii qaz və s. ilə zəngin olduğunu nəzərə alsaq Qərb iqtisadi cəhətdən Qərbin böyük bir tərəfdaşını heç cür itirmək istəmir.
Burdan belə nəticəyə gələ bilərik ki, əgər Qərb Ukraynanı istər müharibə, istərsə də siyasi yolla itirsə həm, SSRİ-nin yenidən bərpa edilməsinin qarşısını ala bilməyəcək, həm də enerji baxımından Rusiyadan asılılığı daha da güclənəcək. Buna görə də ABŞ və xüsusilə Avropa ölkələri istənilən yolla Ukraynanı qorumağa çalışır.
Rusiya isə imperiya təfəkküründən azad olmayıb və bu dövlətin təməli imperiyalist idealar üzərinə qurulub. Buna görə də Rusiynın laxlamaqda olan sütunlarını möhkəmləndirmək üçün yeni işğallara və müharibələrə ehtiyacı var. Yenə də qeyd edək ki, müharibə Rusiya üçün tam çöküş də ola bilər. Qərbə isə nə güclü, nə də tam çökmüş Rusiya lazım deyil. Lakin, qeyd etdiyimi kimi imperiyalist ideologiyaya sahib şübhəsiz ki, öz aqresiyasını ya Ukraynada, ya da Qazaxıstan modeli kimi Orta Asiyada göstərəcək.
YAZAR: Turaz.org Təhlildən: Zahidə Nəbizadə
HƏMÇİNİN BAX: Rusiya Uzaq Şərqi satıb? Sürətli çinliləşmə nədən xəbər verir?
HƏMÇİNİN BAX: Hüseyn Cavid
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib