Federasiya Şurasının sədri Valentina Matviyenko: “Cavab sanksiyaları hazırlanıb. Sanksiyalar Rusiyaya qarşı sanksiyalara eyni cavab olmayacaq, lakin biz Qərbin zəif yerlərini bilirik. “Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrə tətbiq olunacaq bir sıra sanksiyalar hazırlamışıq.”- deyib.
Turaz.org xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının üzvü olan Matviyenko da bu həftə yüksək səviyyəli Rusiya rəsmilərinin Ukraynadakı separatçı dövlətlərin tanınması lehinə çıxış etdiyi iclasda iştirak edib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Avropa Birliyinin sanksiyalarına qarşılıq prinsipi çərçivəsində cavab veriləcəyi və sərt tədbirlərin görüləcəyi bildirilib.
Son Xəbərlər
Ordumuzun mövqeləri atəşə tutulub
Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək
Zelenski: “Müharibənin son mərhələsi başlayıb”