Fevral 3, 2023

Qəşm havayolu şirkəti Özbəkistana uçuşlara başlayacaq 

İranın Qəşm havayolu şirkəti Özbəkistan istiqamətində uçuşlara başlayacaq.

 

 

Turaz.org “Iran Daily”nin verdiyi məlumata görə xəbər verir ki, Qəşm havayolu şirkəti dekabrın 22-də Tehrandan Daşkənd və Səmərqəndə birbaşa uçuşlar həyata keçirəcək.

 

İran prezidentinin sentyabrın 14-16-da Özbəkistana rəsmi səfəri zamanı iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə 18 saziş və memorandum imzalanıb. İmzalanan sənədlər arasında “İşgüzar və elmi dairələrin nümayəndələri və turist qrupları üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Saziş” və “2022-2025-ci illər üçün turizm sahəsində əməkdaşlıq Proqramı” da var.

 

Özbəkistan və İran arasında birbaşa uçuşların artması turizm sənayesinin inkişafı üçün əlverişli imkan yaradacaq və iki xalq arasında dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək. Hazırda İranın “Zagros Airlines” operatoru həftədə bir dəfə iki ölkənin paytaxtları arasında birbaşa uçuşlar həyata keçirir. 22 dekabr 2022-ci il tarixindən etibarən İranın Qeshm Air aviaşirkəti Tehrandan Daşkənd və Səmərqəndə birbaşa uçuşlar açacaq.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/moskvada-azerbaycan-ve-rusiya-xarici-isler-nazirlerinin-gorusu-kecirilir-2/

Translate »