Qətər xeyriyyə təşkilatı Tacikistanın işğalından zərər çəkmiş Batken vilayətinin sakinləri üçün sosial şəhərciyin tikintisinə kömək edəcək, Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Turaz.org Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cinbəy Qulubəyev təşkilatın regional direktoru Əbdül Nasser İbrahim Əl-Fəhranı bu gün qəbul edib.
Onlar görüşdə Batken vilayətində dağılmış və zədələnmiş obyektlərin bərpasını müzakirə ediblər. Xeyriyyə təşkilatının direktoru yaşayış binaları, məktəblər, xəstəxanalar və digər obyektlərdən ibarət sosial şəhərciyin tikintisi layihəsini həyata keçirməyə hazır olduğunu bildirib. O, həmçinin bildirib ki, yaxın vaxtlarda Qırğızıstana ayrılan yardımın həcminin artırılmasına və yeni layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək. Xarici İşlər Nazirliyindən yayılan məlumata əsasən, bu layihələrin arasında uşaqlar üçün kompüter İT mərkəzlərinin tikintisi də var.
Əbdül Nasser İbrahim Əl-Faxru tərəflər arasında qurulan əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, ilin əvvəlindən qurum müxtəlif sahələrdə 85 sosial layihə həyata keçirib. Batken vilayətində 800 ailəyə ərzaq səbətləri, 1000 uşağa qış geyimləri paylanıb. XİN mətbuat xidmətini bildirib ki, gələcəkdə 3000 ərzaq səbətinin paylanması planlaşdırılır. Görüşdən sonra nazir quruma hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib. Tərəflər Qırğızıstanda yeni yaradıcılıq layihələrinin həyata keçirilməsinə dair razılığa gəliblər.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/qirgizistan-mn-qirgizistan-tacikistan-serhedinde-ktmt-kontingentinin-yerlesdirilmesi-teklifini-ireli-surub/
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub