Dekabr 9, 2021

“Qeyri-standart Terapiya”​ layihəsi çərçivəsində art terapiyalar keçirilir

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olan “Qeyri-standart terapiya” layihəsi çərçivəsində keçiriləcək art terapiyalara start verilib.

Turaz.org “Tehsilim.org” Təhsil Portalına istinadən xəbər verir ki, layihənin məqsədi​ 15 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artılıması, onlar üçün maneəsiz yaradıcı mühit yaratmaqdan ibarətdir.

Art terapiyalarda​ Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 15 şagirdi iştirak edir. Layihə ərzində 4 gün art terapiyaların keçirilməsi nəzərdə tutulub.

Art terapiyanın 1-ci günündə psixoloq Şəbnəm Əlizadə uşaqlarla psixodiaqnostik test metodundan istifadə edərək hər bir uşağın daxili aləmi, onu narahat edən problemlər haqqında məlumat əldə etdi, eləcə də fərdi problem sahəsi müəyyən edildi. Layihə rəhbəri 108 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahova şagirdlərlə izoterapiya keçirdi.​

İzoterapiya​ zamanı uşaqlar rəsm çəkərək öz həyacanlarını, düşüncələrini, qorxularını asanlıqla əks etdirdilər. Onların psixoloji, emosional və fiziki vəziyyətlərinə təsir edən rənglərin vasitəsilə müxtəlif janrlarda​ bir-birindən maraqlı əsərlər yaratdılar.

Art terapiyanın 2-ci günündə oyun terapiyasından istifadə olunaraq​ şagirdlər qruplara bölündü. Psixoloq İlahə Dadaşova​ qrup daxilində ünsiyyət bacarığı, qarşılıqlı kömək xüsusiyyətlərini​ inkişaf etdirən müxtəlif oyunlar keçirdi. Hər qrupun lideri və passiv üzvü aşkara çıxarıldı.

Eyni zamanda aqressiyanın korreksiyasına yönəlik tapşırıqlar işlənildi. Qrup daxili və qruplararası bacarıqlar inkişaf etdirildi. Oyun terapiyası zamanı təfəkkürün və təxəyyülün inkişafı üçün konstruktorlardan istifadə edildi. Sadədən mürəkkəbə doğru əməliyyatların yerinə yetirilməsi aşılandı.Eyni zamanda tefekkurun ve texeyyulun inkisafi ucun konstruktorlardan istifade edildi.

Sonda isə şəxslərarası konfliktləri necə düzgün həll üdə bilərik haqqında tapşırıqlar aparıldı.
Qeyd edək ki, art terapiyaların 3-cü günündə gil, 4-cü günündə isə musiqi terapiyası keçiriləcək.

Translate »