İsrail hakimiyyəti ötən həftənin cümə günündən “İslami Cihad” qruplaşmasına qarşı hərbi əməliyyatların aparıldığı Qəzza zolağında atəşkəs rejiminin yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30) qüvvəyə minəcəyini təsdiq edib.
Turaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü axşam İsrailin Baş nazirinin Dəftərxanası məlumat yayıb.
“Milli informasiya və təbliğat departamentinin rəhbəri təsdiq edir ki, atəşkəs bu gecə saat 23:30-da qüvvəyə minəcək”, – məlumatda deyilir.
Bununla beə, vurğulanır ki, İsrail Qəzzada atəşkəsin pozulması halında güc tətbiq etmək hüququnu özündə saxlayır. Tel-Əviv Qəzza zolağında “İslami Cihad”la atəşkəs razılaşması əldə etmək səylərinə görə Misirə təşəkkür edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan Türkiyədə zərərçəkənlər üçün 2 min çarpayı ayırdı
Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib
Suriyadakı son vəziyyət