May 16, 2022

Qırğız-Türkmən İnkişaf Fondunun açılmasını sürətləndirməyi təklif edilib

Qırğızıstan Türkmənistana Qırğız-Türkmən İnkişaf Fondunun açılışını sürətləndirməyi təklif edib.

Turaz.org xəbər verir ki, İslamabadda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qırğızıstanın xarici işlər naziri Ruslan Qazaxbəyev və onun Türkmənistandan olan həmkarı Rəşid Meredov arasında ikitərəfli görüş zamanı bu barədə qeyd olunub.

İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini müsbət qiymətləndirərək, ticarət-iqtisadi və investisiya sahələrində Qırğız-Türkmən əməkdaşlığının aktual məsələlərini, enerji təchizatı, kənd təsərrüfatı, yüngül sənaye, turizm və nəqliyyat ,tranzit problemləri və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə qarşıdan gələn siyasi tədbirlərin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili və keçirilməsi məsələlərinə də toxunulub. Daha sonra Qırğızıstan tərəfi bu il fəaliyyətə başlamaq üçün Qırğız-Türkmən İnkişaf Fondunun yaradılması məsələsinə baxılmasını sürətləndirməyi təklif edib.

Bundan əlavə, nazirlər Mərkəzi Asiya Dövlət Başçılarının qarşıdan gələn dördüncü məşvərət görüşü ilə bağlı fikir mübadiləsi aparıb, regional əməkdaşlığın inkişafı və dərinləşdirilməsində bu platformanın unikallığını və ən yüksək səviyyədə əhəmiyyətini vurğulayıblar.

Nazirlik əlavə edib ki, tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/azerbaycan-ordusu-ferrux-kendde-nezareti-ele-kecirib-sarmazanov
Həmçinin bax: kafkazh.com/azerbaycan-atabeyler-dovletinde-inzibati-idare-sistemi

Translate »