Fevral 7, 2023

Qırğızıstan 1 milyon 250 min doza Sinofarm peyvəndi alıb

 

Turaz.org xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş 1 milyon 250 min doza Vero Cell peyvəndi (Sinofarm) Bazar günü Çindən xüsusi uçuşla Bişkekə çatıb.

 

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti, peyvəndin vətəndaşların peyvənd mərhələlərindən keçməsi üçün respublikadakı bütün peyvənd məntəqələrinə paylanacağını bildirib.

 

Səhiyyə və Sosial İnkişaf Naziri Alimqədir Bəyşenaliyev qeyd edib ki, bu qədər böyük Sinofarm peyvəndi Qırğızıstana çatdırılması Qırğızıstan Prezidenti Sədir Cəfərovun şəxsi dəstəyi sayəsində mümkün olub və əhalini zəruri təhlükəsiz tibbi məhsullarla təmin etmək üçün verdiyi ciddi göstərişlər çərçivəsində həyata keçirilib.

 

“Peyvəndlər Qırğızıstanın bütün bölgələrindəki peyvənd məntəqələrinə bu gündən etibarən bütün nəqliyyat qaydalarına və istilik şərtlərinə uyğun olaraq çatdırılmağa başlayacaq. Bu peyvəndlər Səhiyyə Nazirliyinə peyvəndlərə olan tələbatı uzun müddət təmin etməyə imkan verir. Nəzərdə tutulan peyvənd tədbirlərinin Covid böhranından çıxmağımıza kömək edəcəyini gözləyirik “deyib.

 

Qırğızıstanın Səhiyyə Nazirliyi, vətəndaşların istənilən uyğun peyvənd nöqtəsində peyvənd üçün onlayn qeydiyyatdan keçməsini mümkün qədər rahat etmək üçün rəqəmsal vasitələr hazırlayıb. Şəffaf bir peyvənd prosedurunu təşkil etmək üçün peyvənd mərhələlərini keçmiş şəxslərin sayı, peyvənd yerləri və digər statistik məlumatları “açıq məlumatlar” da əks etdirən xüsusi bir onlayn portal işə salınıb.

 

Səhiyyə və Sosial İnkişaf Nazirliyi, həmçinin xroniki xəstəliklərdən əziyyət çəkən 60 yaşdan yuxarı şəxslərin peyvənd alması tövsiyə olunan peyvənd prosedurları üçün bir plan qəbul edib. Bundan əlavə, xidmət sektorundakı işçilərə həm özlərinin, həm də əlaqə quran şəxslərin sağlamlığının təhlükəsizliyini təmin etmək üçün peyvəndlənmələri tövsiyə olunur.

 

Tərcüməçi: Həmidə İskəndərova 

Həmçin bax:https://turaz.org/sehiyye-naziri-qirgizistanda-karantin-tetbiq-ede-bilmerik/

Həmçin bax:https://turaz.org/qirgizistan-avqustun-ortalarinda-isvecreden-astrazeneka-peyvendini-alacaq/

Translate »