Oktyabr 2, 2022
Qırğızıstan

Qırğızıstan 100 mindən çox vətəndaşını Batkendəki silahlı münaqişə zonalarından təxliyə edir

 

Son məlumatlara görə, Qırğızıstanın Batken vilayətinin 136 770 sakini təxliyə edilib, bu barədə şənbə günü respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Turaz.org nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, bundan əlavə, vilayət üzrə 4458 vətəndaş müvəqqəti sığınacaqlara yerləşdirilib. Qırğızıstan Respublikasının Dövlət Material Ehtiyatları Fondu, Oş vilayətinin dövlət administrasiyası və BMT Tacikistan tərəfinin təcavüzünə məruz qalan Batkənə yardım göndərib. Rayona 106,6 ton humanitar yardım daxil olub ki, yardımın 33,5 tonunun Marqun qəzasına paylanmadı nəzərdə tutulub.

Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma sentyabrın 14-də başlayıb. Bundan əvvəl Tacikistan tərəfi Batken vilayətində dövlət sərhədinin perimetri boyunca Qırğızıstanın sərhəd mühafizəsi və mülki infrastruktur obyektlərinə hücum edib. Nəticədə 24 nəfər ölüb, 103 nəfər yaralanıb. Hazırda Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri arasında danışıqlar gözlənilir. Bu arada Tacikistan tərəfi Qırğızıstanın Oş vilayətinin bir neçə kəndini minaatanlardan atəşə tutmağa başlayıb.

Translate »