Turaz.org xəbər verir ki, Qırğızıstan İsveçrədən AstraZeneka peyvəndi alacaq. Bu barədə səhiyyə naziri Alimqədir Beşenaliyev “Birinci” radiosunun efirində bildirib.
O, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramında iştirak çərçivəsində Hindistandan peyvənd almaq planlaşdırıldığını söyləmişdi.
Lakin, Hindistanda vəziyyətin pisləşməsi səbəbindən Qırğızıstan bundan imtina etdi.
“Peyvəndi İsveçrədən alacağıq. Konsulluğumuz fəal şəkildə işləyir. Peyvənd avqustun ortalarında gələcək ”dedi.
Qırğızıstan peyvənd kampaniyasına 29 mart tarixində Çindən gətirilən peyvənddən istifadə edərək başladı. çDaha sonra aprel ayında ölkə Rusiyanın Sputnik V peyvəndini aldı.
Tərcüməçi:Günay Xankişiyeva
Həmçin bax:https://turaz.org/anama-son-heftede-azad-edilmis-erazilerde-182-mina-askarlanib/
Son Xəbərlər
Suriyadakı son vəziyyət
Türkiyə nazirləri son vəziyyət ilə bağlı məlumat veriblər
Qardaş ölkədə 7 günlük milli yas elan edildi