İyun 3, 2023

Qırğızıstan balı Yapon vətəndaşları arasında populyarlıq qazanır  

Qırğızıstanın Yaponiyadakı səfiri Mirlan Arstanbayev Kato Bihoen şirkət mağazasında olub və burada menecerlə görüşüb.

Turaz.org xəbər verir ki, mağaza Tokionun Asakusa şəhərindəki Senso-ji Məbədinin məşhur Kaminari-mon qapısının arxasındakı köhnə bir alış-veriş küçəsində yerləşir.

Görüşün əvvəlində Kato Bihoen şirkətinin direktoru Kato Jutaro şirkətin fəaliyyəti haqqında məlumat verib. O, şirkətin Qırğız Respublikasından bal satışına başladığını və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Kato Jutaro, Qırğız balı, yüksək qiymətə baxmayaraq Yaponiya vətəndaşları arasında populyarlıq qazandığını vurğulayıb.

Öz növbəsində, Qırğızıstan səfiri Qırğızıstan Respublikasından bal ixracının artımındakı müsbət tendensiyanı məmnunluqla qeyd edib. “İki ölkə sahibkarlarının fəal işi ilə 2020-ci ildən ixracatda kəskin artım müşahidə olunur. Beləliklə, 2021-ci ilin birinci yarısı (yanvar-iyun) üçün Qırğız Respublikası Milli Statistika Komitəsinin məlumatlarına görə, Yaponiyaya bal ixracının həcmi 25,2 ton (2020 -ci ildə 15,7 ton, 2019 -cu ildə 13,4 ton) təşkil etdi “deyib.

Arstanbaev iki ölkə arasında ticarət əlaqələrinin inkişafına göstərdikləri köməyə görə şirkətlərə minnətdarlığını bildirib və şirkətlərə daha da kömək etməyə hazır olduğunu bildirib.

Görüşün sonunda tərəflər Qırğızıstanın üzvi məhsullarının Yaponiyaya ixracının daha da təşviqi ilə bağlı sıx əlaqələrin saxlanılması barədə razılığa gəliblər.

Kato Bihoen 1947 -ci ildə qurulub, işçilərinin sayı 226 nəfərdir, şirkətin 2020 -ci ildə satışları təxminən 125 milyon ABŞ dolları təşkil edir.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/beynelxalq-sirket-qirgizistanda-turizm-haqqinda-realiti-proqram-cekecek/

Translate »