Dekabr 5, 2022
Çin sərhədi

Qırğızıstan-Çin sərhədi üç gün bağlı olacaq

Çinin Quruluş Günü dövlət bayramı olaraq keçirilməsi ilə əlaqədar, 2022-ci il oktyabrın 1-dən oktyabrın 3-dək dövlət sərhədinin Qırğızıstan-Çin hissəsində yerləşən iki sərhəd-buraxılış məntəqəsi müvəqqəti olaraq bağlanacaq.

 

Turaz.org bildirir ki, nəqliyyat və əmtəə malları Oktyabrın 4-dən etibarən buraxılacaq. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Toruqart və İrkeştam sərhəd-buraxılış məntəqələri yalnız Çindən Qırğızıstana malların daşınmasını nəzərdə tutan xüsusi alqoritm əsasında fəaliyyət göstərir.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova

Translate »