Noyabr 28, 2021

Qırğızıstan Fransadan investorlar cəlb etmək niyyətindədir

Bu gün İqtisadiyyat və Ticarət Nazirliyində nazirliyin və Fransanın Qırğızıstan Respublikasındakı səfirliyinin nümayəndələrinin Nur-Sultandakı iqamətgahında görüş keçirilib.

Turaz.org xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı İqtisadi siyasət şöbəsinin müdiri Almaz Abdekirov Qırğızıstandakı sosial-iqtisadi vəziyyət və nazirliyin fəaliyyəti barədə məlumat verib. O cümlədən, Nazirlər Kabinetinin investisiya siyasətinin sadələşdirilməsi, iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

Abdekirov kiçik və orta su elektrik stansiyalarının, emal və mədənçıxarma sənayesinin yaradılması layihələrinə investorların cəlb edilməsini təklif edib.

Bundan əlavə, görüş iştirakçıları iki ölkənin işgüzar dairələrinin fəaliyyətinin sadələşdirilməsinə yönəlmiş ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Görüşün yekunları üzrə Tərəflər ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Sazişin bağlanması üzrə danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər.

Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Həmidə İskəndərova

Translate »