Fevral 3, 2023

Qırğızıstan MANSAZ müqaviləsinə sədrliyini uğurla başa çatdırıb

Qırğızıstan Mərkəzi Asiyada Nüvə Silahından Azad Zona (MANSAZ) müqaviləsinə sədrliyini uğurla başa çatdırıb.

 

Turaz.org Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 22-də Qırğızıstan tərəfinin sədrliyi ilə Mərkəzi Asiyada Nüvə Silahından Azad Zona müqaviləsinin üzvdövlətlərinin növbəti Məşvərət iclası keçirilib. Tədbir zamanı Qırğız Respublikası Mərkəzi Asiya nüvəsiz zonasında sədr kimi fəaliyyətinin nəticələri haqqında məlumat təqdim edib, həmçinin müqavilənin möhkəmləndirilməsi və institusional inkişafı üçün bir sıra təkliflər irəli sürüb.

 

İclas iştirakçıları digər nüvəsiz zonalarla həm zonadaxili, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında konstruktiv fikir mübadiləsi aparıblar. Bundan əlavə, Məşvərət Toplantısı çərçivəsində ölkələr çoxtərəfli platformalarda irəli sürülən təşəbbüsləri, habelə nüvə tərksilahı və yayılmaması məsələlərinə cari yanaşmaları təqdim ediblər. Tədbirin nəticəsi olaraq, iştirakçı dövlətlər 2023-cü il yanvarın 1-dən müqavilədə sədrliyin Tacikistan Respublikasına verilməsi barədə qərar qəbul ediblər.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/gelen-ay-herbi-xidmete-yollanacaq-cagiriscilar-xidmet-yerleri-haqqinda-melumatlandirilib/

Translate »