Dekabr 9, 2021

Qırğızıstan MDB Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən iclasında iştirak edib

Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 9-cu iclası keçirilib.

Turaz.org xəbər verir ki, Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib ki, bu görüşdə ölkəni Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmanqulov təmsil edib.

Görüş zamanı beynəlxalq təhlükəsizlik sahəsində bir sıra məsələlər, o cümlədən Əfqanıstan ərazisindən qaynaqlanan və biotexnologiyaların, o cümlədən sintetik biologiyanın inkişafı ilə bağlı təhdidlər müzakirə edilib. İclas iştirakçıları MDB-yə üzv dövlətlərin miqrasiya sahəsində əməkdaşlığı məsələlərinə də baxıblar.

Gündəliyə uyğun olaraq MDB Təhlükəsizlik Şuralarının Azərbaycan, Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan katibləri milli və regional təhlükəsizliyin aktual problemlərinə dair fikirlərini təqdim ediblər.

İclasda Marat İmanqulov və onun rusiyalı həmkarı Nikolay Patruşev Qırğızıstan Təhlükəsizlik Şurasının Katibliyi ilə Rusiya Təhlükəsizlik Şurasının Administrasiyası arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq Planını imzalayıblar.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistanin-sehiyye-naziri-turkiyede-beynelxalq-konfransda-istirak-edib
Həmçinin bax: kafkazh.com/qarapapaqlar

Translate »