Mart 30, 2023

Qırğızıstan MN Qırğızıstan-Tacikistan sərhədində KTMT kontingentinin yerləşdirilməsi təklifini irəli sürüb 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas ilə görüşdə o, münaqişəni həll etmək üçün Qırğızıstan-Tacikistan sərhədində KTMT sülhməramlı kontingentinin yerləşdirilməsini təklif edib.

 

Turaz.org müdafiə nazirinin nitqini aşağıda təqdim edir:

 

“Mən bu yaxınlarda KTMT-nin baş katibi Stanislav Zas ilə görüşdə oldum. Mən dedim ki, qırğızlarla taciklər arasında sülh olmayacaq. Qırğızların inandıqları öz həqiqətləri var, taciklərin öz həqiqətləri var. Aramıza arbitr gələnə qədər bu belə də davam edəcək. KTMT-nin kiçik kontingentini atəşkəs rejiminə nəzarət etmək və dövlət sərhədindən ağır texnikanı çıxarmaqla həmin mübahisəli ərazilərimizə yerləşdirmək bu münaqişənin həllində əhəmiyyətli rol oynaya bilər.

 

O zaman biz dövlət sərhədlərinin delimitasiyası kimi siyasi vəzifəni həll edə bilərik. Bu vəziyyət 30 deyil, 98 ildir davam edir”. Bekbolotov Qırğızıstan-Özbəkistan sərhədinin müəyyən hissələrinin delimitasiyası ilə bağlı razılaşma ətrafında vəziyyəti qarışdırmağa çalışanları da tənqid edib:

 

“Bu gün ölkə rəhbərliyi qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmağa və sərhədlərin mübahisəli hissələri ilə bağlı problemi həll etməyə çalışır. Hal hazırda Özbəkistanla dövlət sərhədinin delimitasiyası məsələləri həll olunur. Bu proses bizim yalnız xeyrimizədir. Sonra cəmiyyətimizdə qarışıqlıq başlayır. İndi bizə Özbəkistanla sərhəddə sabitliyin pozulmasına qətiyyən ehtiyac yoxdur.”

Müxbir: Aytac Cəfərova,

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/azerbaycanli-is-adamlari-qirgizistan-muessiseleri-ile-emekdasliq-etmekde-maraqlidir/

Translate »