Dekabr 9, 2022
Qırğızıstan Türkiyə

Qırğızıstan NK-nın sədri Türkiyənin vitse-prezidenti ilə görüşüb

 

Qırğızıstan Nazirlər Kabinetinin sədri Aqilbəy Cəfərov Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyənin vitse-prezidenti Fuad Oqtay ilə görüşüb.

Turaz.org bildirir ki, ptezident Kompleksində baş tutan görüşdə ikitərəfli əməkdaşlığın, o cümlədən iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər iki dövlətin maraqlarına uyğun olaraq mövcud tərəfdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər. İclasda, həmçinin türkdilli mədəniyyətin tarixi birliyinin simvoluna çevrilmiş Türkiyənin İznik şəhərində keçirilən IV Dünya Köçəri Oyunlarının yekunları müzakirə olunub.

Translate »