Noyabr 29, 2022
Qırğızıstan

Qırğızıstan nümayəndə heyəti  BMT-nin iclasında iştirak edib

10 oktyabr 2022-ci il tarixində Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komistəsinin 136-cı sessiyası işə başlayıb. 

Bu zaman Qırğızıstan Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Yaponiya, Nikaraqua Respublikası, Filippin və Rusiya Federasiyasının hesabatları və onların Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həyata keçirilməsini nəzərə alınıb.

Turaz.org bildirir ki, Nazirlər Kabinetinin sədr müavini Edil Baisalovun rəhbərlik etdiyi Qırğızıstan Respublikasının nümayəndə heyətinin tərkibinə Ali Məhkəmə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyi, Xarici İşlər Nazirliyi və Qırğız Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən əməkdaşlar daxildir.
Qırğızıstan Respublikası 1994-cu il oktyabrın 7-də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və onun Fakultativ Protokoluna qoşulmuşdur və bu ilin 11 və 12 oktyabr tarixlərində Komitəyə üçüncü dövri hesabatını təqdim edəcəkdir.
Eyni zamanda 6 dekabr 2010-cu il tarixində Qırğızıstan Respublikası Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ölüm hökmünün ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna qoşulub.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »