May 18, 2022

Qırğızıstan öz vətəndaşlarını Qazaxıstandan təxliyə edir

Qırğızıstan Xarici İşlər Nazirliyi Qırğızıstanlıların Qazaxıstandan təxliyəsi ilə məşğuldur.

Turaz.org xəbər verir ki, səfirlik hüquqi yardımın göstərilməsi çərçivəsində Qırğızıstan vətəndaşları dövlət sərhədinin buraxılış məntəqələri vasitəsilə təxliyə edilir, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Almatıda nəqliyyat təşkil olunub və bütün təxliyə xərcləri ödənilib.

Hazırda Qırğızıstan vətəndaşları Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin əməkdaşlarının sərhəddə qarşılanacağı keçid məntəqəsinə göndərilir.

Nazirlik Qazaxıstandakı həmvətənlərdən yaşadıqları ölkənin qanunlarına və qalma qaydalarına əməl etmələrini, təxribatlara uymamalarını, münaqişəli vəziyyətlərdə iştirak etməmələrini, insanların sıx toplaşdığı yerlərə getməmələrini və yaşadıqları yerlərdə qalmalarını xahiş edib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Şirinzadə Aliyə
Həmçinin bax: turaz.org/mn-sosial-sebekede-yayilan-melumatlara-munasibet-bildirib
Həmçinin bax: https://kafkazh.com/hunlarda-idareetme-sistemi-xaqan/

Translate »