Mart 25, 2023

Qırğızıstan Parlamenti Özbəkistan ilə sərhədə dair sazişləri təsdiqləyir

Qırğızıstan Parlamenti Özbəkistanla sərhəd delimitasiyası və Əndican su anbarı sazişini ratifikasiya edib.

 

Turaz.org bildirir ki, Qırğızıstan Ali Şurası (Joqorku Keneş) Qırğızıstan-Özbəkistan sərhədinin müəyyən hissələrinin delimitasiyası ilə bağlı və Özbəkistanla Əndican su anbarının su ehtiyatlarının korporativ idarə edilməsinə dair sazişlərin ratifikasiyası haqqında 3 qanun layihəsini bəyan edib.

İclasda Qırğızıstan prezidenti Sədir Cəfərov da iştirak edib. Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbəy Taşıyev qanun layihələrini oxuyub.

Daha öncə Taşıyev sazişin nəticələrinə uyğun olaraq bildirib ki, Əndican su anbarının 19 min hektardan çox hissəsi Qırğızıstanda və 4485 hektar sahəsi isə Özbəkistanda qalacaq. Qanun layihısinə görə Qırğızıstan və Özbəkistan su ehtiyatlarının idarə edilməsi üzrə birgə müəssisə inşa edəcək. Burada hər iki tərəfdən 12 nəfər iştirak edəcək.

Qırğızıstan aşağıdakı ərazi sahələrini əldə edəcək:

• Gəvasayın sahəsi – 12 872 hektar (ha);

• Köksərək kəndi – 105 ha;

• Ala-Buka rayonu, Bayaston kəndi – 212 ha;

• Unqartoq (Unqartəpə) dağı – 35 ha;

• Ala-Buka rayonu, Qara-Beləs kəndi – 25 ha;

• Qarasuv rayonu, Aktaş kəndi – 100 ha;

• Şəhrixansoy kanalının bir hissəsi – 19,5 ha;

• Suzak rayonu – 500 ha;

• Uzqan rayonu – 500 ha.

Daha öncə Sədir Cəfərov bunun Özbəkistanla sərhəd problemlərinə son qoymaq məqsədi ilə planlaşdırıldığını bildirib: “ Düşünürəm ki, öz gözləri ilə hər şeyə şahid olmuş insanlar bizi alqışlayacaq.”

Noyabrın 14-də bu sənədlər Özbəkistan Parlamentinin Qanunvericilik Palatası tərəfindən ratifikasiya edilib.

Qanun layihələrinin müzakirəsi Qırğızıstanda etirazlara səbəb olub, 26 nəfər kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinərək həbs edilib. Onların arasında sabiq deputat Orozayim Nərmətova və Moskvada həbs edilən fəal İlgiz Şamenov da var. İnsan hüquqları müdafiəçiləri hakimiyyətdən məhbusları azad etməyi tələb edirlər.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/qazaxistan-avropa-ittifaqi-merkezi-asiya-nazirler-toplantisinda-istirak-edir/

Translate »