Qırğızıstan prezidenti Sədir Cəfərov noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müntəzəm sessiyalarında iştirak etmək üçün Ermənistan işgüzar səfər edəcək. Bu barədə Qırğızıstan Respublikasının Prezident Administriyasının Xarici Siyasət üzrə şöbə rəhbəri Muratbəy Əzimbakiyev məlumat verib.
Turaz.org Muratbəy Əzimbakiyevin dediklərini təqdim edir:
““Təşkilata üzv dövlətlərin başçıları KTMT-nin məsuliyyət zonasında mövcud vəziyyəti və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. Həmçinin, Kollektiv Təhlükəsizlik Şurasının sessiyası çərçivəsində KTMT ölkələrinin liderləri Ermənistanın Təşkilatda sədrliyinin nəticələrini yekunlaşdıracaq və Belarus Respublikasının sədrliyi dövründə prioritet fəaliyyət istiqamətləri haqqında məlumatı dinləyəcəklər. Bundan əlavə, KTMT-yə üzv dövlətlər arasında müttəfiqliyin möhkəmləndirilməsinə, eləcə də Təşkilatın fəaliyyətinin tənzimlənməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır.”
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/qirgizistan-xin-ve-cin-sefiri-ticaret-ve-iqtisadi-meseleleri-muzakire-edib/
Son Xəbərlər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı