Qırğızıstan Prezidenti Sədir Cəfərov Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX iclasında çıxış edib.
Turaz.org Prezidentin çıxışını təqdim edir:
“Mövcud böhran şəraitində ölkələrimiz Təşkilat çərçivəsində ticarət əlaqələrini genişləndirmək və yeni təchizat zəncirləri tapmaq üçün daha da sıx əməkdaşlıq etməlidirlər”. Dövlət başçısı qeyd edib ki, 2021-ci ildə Qırğızıstanla Türk Dövlətləri Təşkilatı üz dövlətləri arasında ticarət dövriyyəsində 40 faiz artım müşahidə olunub.
“Ölkələrimizin iqtisadiyyatı hələ də koronavirus pandemiyasının təsirindən tam sağalmayıb və beynəlxalq gərginlik səbəbindən artıq yeni sarsıntılar yaşayır. İxrac və idxalı artırmaq üçün ticarət strukturunu optimallaşdırmaq, birgə ixracyönümlü istehsal yaratmaq, investisiya əlaqələrini inkişaf etdirmək lazımdır. Ticarət-iqtisadi əməkdaşlığımızın daha da mütərəqqi inkişafı üçün əlbəttə ki, nəqliyyat məsələsi vacibdir. Bildiyiniz kimi, yaxın gələcəkdə biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin praktiki icrasına başlamağı planlaşdırırıq. Bu layihə Transxəzər nəqliyyat marşrutunun dəmir yolu xətlərini və avtomobil yollarını tamamlayaraq, yüklərin Qərb ölkələrinə çatdırılmasını sürətləndirəcək”, – deyə Qırğızıstan Prezidenti Sədir Cəfərov bildirib.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/prezident-sedir-ceferiv-macaristan-bas-naziri-viktor-orbanla-gorusub/
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub