Qırğızıstan Prezidenti Sədir Cəfərovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) oktyabrın 30-dan noyabrın 1-dək davam edən işgüzar səfəri başa çatıb.
Turaz.org bildirir ki, Sədir Cəfərov səfər çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb və ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini, ticarət-iqtisadi, təhsil, humanitar, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Görüşün yekunu olaraq bir sıra ikitərəfli sənədlər, o cümlədən ümumi dəyəri 1 milyard 200 milyon ABŞ dollarına qədər olan iri kommersiya inkişafı layihələrinin həyata keçirilməsinə yönəlmiş 100 milyon ABŞ dolları nizamnamə kapitalına malik Birgə Holdinq Şirkətinin yaradılmasına dair sənədlər imzalanıb. Dövlət başçısı səfər çərçivəsində Vahat Əl-Kərəmə abidə kompleksini də ziyarət edib, burada Vətəni uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə əklil qoyub. Onlar daha sonra BƏƏ-nin vəliəhdi və ilk prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın məqbərəsini, eləcə də Şeyx Zayed adına məscidi ziyarət ediblər.
Müxbir: Aytac Cəfərov
Tərcüməçi: Günay Xankişiyev
Həmçinin bax: https://turaz.org/qazaxistan-turkmenistan-dovlet-serhedinin-delimitasiyasi-uzre-qanun-imzalanib/
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub