Dekabr 9, 2022

Qırğızıstan proqramçıları Yaponiyada investorlarla görüşəcək

Qırğızıstan proqramçıları Yaponiyanın üç şəhərində potensial investorlarla görüşlərdə iştirak edəcək.

 

Turaz.org Qırğızıstanın Yüksək Texnologiyalar Parkının verdiyi məlumata istinadən bildirir ki, oktyabrın 28-dən noyabrın 2-dək Osaka, Naqoya və Tokioda Yaponiya şirkətləri, investorları və sahibkarları üçün Qırğızıstanın İT sənayesi ilə bağlı seminarlar keçirəcəklər. Seminardan sonra fərdi məsləhətləşmələr, danışıqlar, görüşlər gözlənilir.

Tədbir iştirakçılarına aşağıdakı şəxslər tərəfindən təqdimatlar veriləcək:

 

1. Qırğız Respublikası Prezident Aparatının Siyasi və İqtisadi Araşdırmalar şöbəsinin müdiri Almaz İsanov;

 

2. Qırğızıstanın Yüksək Texnologiyalar Parkının və Qırğızıstan Proqram Təminatları və Xidmət Tərtibatçıları Assosiasiyasının təsisçisi Aziz Abakirov;

 

3. Qırğızıstan Proqram Tərtibatçıları və Xidmətləri Assosiasiyasının baş direktoru Avigail Menaşe;

 

4. Qırğızıstan Yüksək Texnologiyalar Parkının direktoru Çubak Təmirov;

 

5. “Pricer Bişkek” MMC-nin prezidenti Yuya Komatsu.

 

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/ozbekistan-prezidenti-turkmenistana-sefer-edecek/

Translate »